Dağıntılar altından çıxan 20 günlük körpənin bu görüntüsü hər kəsi kədərləndirdi

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərin ən çox zərər çəkdiyi bölgələrdən biri olan Hatay 60 saat sonra möcüzənin şahidi olub.

20 günlük körpə dağıntılar altından xilas edilib. Kerem Ağırtaş adlı körpənin xilas edilərkən çəkilən fotoları diqqət çəkib. 

Belə ki, körpənin ovucunun içində anasının saç telləri olub. Körpəni xilas edənlər bu hala həm sevinib, həm də kədərləniblər. 

Körpənin səhhətinin yaxşı olduğu qeyd olunub.

Loading

Next Post

"95 ölkədən yardım təklifi almışıq" - Çavuşoğlu

“Biz 95 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq”.  Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclasında deyib.  Onun sözlərinə görə,  hazırda zəlzələdən əziyyət çəkən bölgələrdə 56 ölkədən 6 min 479 heyət var. Daha 19 ölkənin komandası 24 saat ərzində ölkəmizdə olacaq.