Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək

Oxunma vaxtı:37 Saniyə

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək.

“Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə bu seçki prosesini müşahidə etmək səlahiyyəti verilməyib”, – deyə qeyd olunub.

Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu seçkilərlə bağlı şərh vermək qərarına gələrsə, onlar bunu öz təşəbbüsü ilə edəcək və heç bir halda öz bəyanatlarında və ya hərəkətlərində Avropa Parlamentinə istinad etməməlidirlər.

Moskva dəfələrlə rusiyayönümlü partiyalardan olan avropalı siyasətçiləri seçkilərə “müşahidəçi” kimi cəlb edib. Məsələn, radikal ultra-sağçı Almaniya üçün Alternativ Partiyasından (AfD) Bavariya əyalət parlamentinin üç üzvü – Andreas Jurka, Elena Run və Ulrix Sinqer bu məqsədlər üçün Rusiyaya gediblər. Deputatların səfəri hətta öz partiyalarında da tənqid olunub.(Deutsche Welle)

Loading

Next Post

Moskva meri Rusiya prezidentini seçməyə çağırdı: 4 namizəd var

Moskva meri Sergey Sobyanin özünün Teleqram kanalında moskvalıları Rusiyada keçirlən prezident seçkilərində iştirak etməyə və öz gələcəyini və yaxınlarının gələcəyini etibar edə biləcək şəxsə səs verməyə çağırıb. Sobyanin bu haqda yazıb: “2024-cü il martın 15-dən 17-dək Rusiya Federasiyasında prezident seçkiləri keçiriləcək. Biz prezidentliyə namizədlərə səs verməklə, heç bir mübaliğəsiz xalqımızın […]