Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib.

Azərbaycan XİN sözçüsü bu barədə “Twitter” hesabında paylaşım edib. “Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər”, – paylaşımda deyilir.

Qeyd edək ki, İran XİN sözçüsü “Twitter” hesabında paylaşım edərək, Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirmişdi

Loading

Next Post

Sülhməramlılara aid 13 maşın Laçın yolundan maneəsiz keçib

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Rusiya sülhməramlılarına məxsus 13 avtomobili Laçın istiqamətinə gedib. Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur. Qeyd edək ki, Qarabağda “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı […]