Pakistan və Səudiyyə Ərəbistanı JF-17 qırıcılarının alınması üzrə danışıqlar aparır

Oxunma vaxtı:34 Saniyə

Pakistan və Səudiyyə Ərəbistanı təxminən 2 milyard dollar həcmində Səudiyyə kreditinin JF-17 “Thunder” qırıcı təyyarələrinin alınması üzrə sazişə çevrilməsi ilə bağlı danışıqlar aparır.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, sözügedən addım ötən il iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə sazişindən sonra Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın daha da dərinləşdiyini göstərir.

Qeyd edilib ki, danışıqlar Pakistanın ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi, Səudiyyə Ərəbistanının isə Yaxın Şərqdə ABŞ-ın təhlükəsizlik öhdəlikləri ilə bağlı yaranmış qeyri-müəyyənlik fonunda tərəfdaşlıqlarını yenidən formalaşdırdığı bir dövrdə aparılır.

Mənbələrin məlumatına görə, ümumi razılaşmanın həcmi 4 milyard dollara çata bilər.

Xatırladaq ki, JF-17 “Thunder” qırıcı təyyarələri Pakistan və Çin tərəfindən birgə hazırlanıb və Pakistanda istehsal olunur.

Loading

Next Post

Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq. “Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, […]