Qazaxıstan daşqınlarla mübarizə aparır – Video

Oxunma vaxtı:29 Saniyə

Xəbər verdiyimiz kimi, Qazaxıstan temperaturun artması səbəbindən qarın əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır.

Dogrusoztv.az Qazaxıstan mediasına istinadən məlumatına görə, hazırda Ural çayında suyun səviyyəsi 7 metrə çatıb.

Bununla belə, çayda suyun səviyyəsinin 9 metrə çatacağı gözlənilir. 

Ölkə rəsmilərinin məlumatına görə, su altında qalan ərazilərdən 72 284 nəfər təxliyə edilib. 14 430 sakin müvəqqəti sığınacaqlara yerləşdirilib. 

Sel və daşqın səbəbindən 10 regionda fövqəladə vəziyyət rejimi elan edilib.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu təbii fəlakəti miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakəti adlandırıb.

Loading

Next Post

Ermənilər qovmuşdu, Azərbaycan isə... - Şevçenko

Erməniləri Qarabağdan heç kim qovmayıb. Azərbaycan dəfələrlə təminat verib ki, ermənilər Qarabağda yaşaya, mədəni və dini muxtariyyətə sahib ola bilərlər. Ona görə də ermənilərin Qarabağdan getmələri onların öz qərarları idi. Bunu rusiyalı politoloq Maksim Şevçenko Ermənistanın “Van” radiosuna müsahibəsində deyib. “Ermənilərin 90-cı illərdə Azərbaycandan getməsi böyük faciə idi. 300-350 min […]