Rusiyaya “Crocus”dakı terrordan iki həftə əvvəl məlumat verilibmiş

Oxunma vaxtı:21 Saniyə

ABŞ “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, konsert zalı hücum üçün potensial hədəfə çevrilə bilər.

Bu barədə “The Washington Post” (WP) nəşri məlumat yayıb.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Moskvada terror aktının hazırlanması ilə bağlı həddən artıq ümumi məlumat aldığını bildirib.

Həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun sözlərinə görə, bu məlumatlar ümumi xarakter daşıyırdı.

Loading

Next Post

Heyvan satışı bazarlarında nöqsanlar aşkarlandı - Fotolar

Respublikada müntəzəm şəkildə fəaliyyət göstərən 24 heyvan satışı bazarını (Naxçıvan MR istisna) əhatə edən monitorinqlər nəticəsində bir sıra heyvan satışı bazarlarında ciddi nöqsanlar müəyyən olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. görə, bəzi bazarların ərazisinin hasarla sərhədlənməməsi, giriş və çıxışda dezobaryerlərin olmaması, mütəmadi olaraq təmizlənmə və dezinfeksiya […]