Avropa Komissiyası “X”a qarşı yeni araşdırmaya başlayıb

Oxunma vaxtı:32 Saniyə

Avropa Komissiyası bu gün “X” platformasının Avropa İttifaqının (Aİ) Rəqəmsal xidmətlər haqqında qanununa (DSA) uyğunluğu ilə bağlı yeni rəsmi araşdırmaya başlayıb.

“Report”un Avropa bürosunun komissiyaya istinadən verdiyi məlumata görə, “X”in risklərin idarə edilməsi məsələsi üzrə fəaliyyəti ilə bağlı 2023-cü ilin dekabrında başlanmış araşdırma davam edəcək.

Yeni araşdırmada şirkətin “X” platformasında Grok süni intellekt funksiyalarının tətbiqi ilə bağlı riskləri düzgün qiymətləndirməsi məsələsi öyrəniləcək. Bu, ilk növbədə, qanunsuz məzmunun yayılmasına, xüsusən də Grok vasitəsilə seksual xarakterli görüntülərin yayılmasına aiddir.

Yetkinlik yaşına çatmayanların bu risklərə məruz qalması Aİ ölkələrində xüsusi narahatlıq doğurur.

Avropa Komissiyası ötən ilin dekabrında aparılan araşdırmanın nəticələrinə əsasən “X”i 120 milyon avro cərimələyib.

Loading

Next Post

Nazir: "Azərbaycan İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir"

Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur: “Qeyd etmək lazımdır ki, Azərbaycan İsrailin enerji […]