Nazir: “Azərbaycan İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir”

Oxunma vaxtı:36 Saniyə

Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vacib sahələrindən biri enerji sektorudur: “Qeyd etmək lazımdır ki, Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı enerji tərəfdaşı rolundan əlavə, İsrailin enerji sektoruna əhəmiyyətli investor kimi çıxış edir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), BP və “NewMed” ilə tərəfdaşlıqda İsrailin müstəsna iqtisadi zonasında qaz kəşfiyyatı üçün lisenziyalar alıb və kəşfiyyat mərhələsində operator kimi çıxış edir. Eyni zamanda, “Tamar” qaz yatağının 10 %-lik payının əldə edilməsi bu tərəfdaşlığın güclənməsini əks etdirir”.

Nazir vurğulayıb ki, əczaçılıq sektorunda İsrail şirkəti Azərbaycanda layihənin həyata keçirilməsini davam etdirir.

Loading

Next Post

Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi dəyişib

Prezident İlham Əliyev 8 iyul 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra ali təhsilin bakalavr və ya magistr təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş təhsilalanlara “Təhsil haqqında” qanuna uyğun […]