Azərbaycan nefti cüzi ucuzlaşıb

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,64% azalaraq 67,14 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,42 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,37 ABŞ dolları və ya 0,56 % azalaraq 65,34 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclasının vaxtı məlum olub.Sayca 6-cı iclas aprelin 23-nə təyin edilib. Qeyd edək ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.