DSMF-nin vəsaitinin 95 faizi əmək pensiyalarına xərclənib

Oxunma vaxtı:47 Saniyə

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) builki xərcləri 4841 mln. manat təşkil edib.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, ötən illə müqyisədə 2,8 faiz və ya 130 mln. manat çox olub.

“Xərclərin 4716 mln. manatını əhaliyə ödənişlər təşkil edib. Bu, ötən illə müayisədə 2,8 faiz və ya 129 mln. manat çoxdur.

O cümlədən 4591 mln. manatını əmək pensiyaları (ötən illə müqayisədə 2,6 faiz və ya 117 mln. manat çox), 125 mln. manatını məcburi dövlət sosial sığorta üzrə müavinət (ötən illə müqayisədə 10,4 faiz və ya 12 mln. manat çox), 125 mln. manatını digər xərclər (ötən illə müqayisədə 0,6 faiz və ya 0,8 mln. manat çox) təşkil edib.

Xərclərin 95 faizini əmək pensiyaları, 2 faizini məcburi dövlət sosial sığorta üzrə müavinətlər, 3 faizini isə digər xərclər təşkil edib”, – H.Məmişov deyib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

General-polkovnik Kərim Vəliyev komandolarla görüşüb (FOTO)

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub. Azərbaycan Ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib. Hərbi qulluqçular qarşısında çıxış […]