Prezident Administrasiyasının rəhbəri Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO)

Oxunma vaxtı:33 Saniyə

İyulun 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Doğrusöztv.Az xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.

Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İşğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulanıb.

Görüşdə TAP layihəsinin əhəmiyyəti qeyd olunaraq, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rol oynadığı bildirilib.

Prezident Administrasiyasının rəhbəri Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO) - Gallery Image
Prezident Administrasiyasının rəhbəri Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO) - Gallery Image
Prezident Administrasiyasının rəhbəri Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO) - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirilib (FOTO)

Bu gün Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirildi. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluqdan  verilən məlumata görə, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və […]