Əliyar Ağayev Konfrans Liqasının oyununu idarə edəcək

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Ağayev Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin “Polessye” və “Fiorentina” klubları arasında keçiriləcək ilk oyununun baş hakimi olacaq.

Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli, həmçinin dördüncü hakim Kamal Umudlu köməklik edəcək.

Görüş avqustun 21-də Slovakiyanın Preşon şəhərində keçiriləcək. Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Loading

Next Post

İlham Əliyev İsrailin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 18-də İsrailin Azərbaycanda yeni təyin olunan səfiri Ronen Krauszun etimadnaməsini qəbul edib.Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə ildən-ilə genişləndiyini qeyd edərək, əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib və dostluq münasibətlərimizin bir çox istiqamətlər […]