Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi – Hulusi Akar

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Müdafiə Nazirliyində Qarabağda əldə olunmuş qələbə münasibəti ilə ziyafət təşkil edilib.

Doğrusöztv.Az -ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində deyilir.

Ziyafət zamanı müdafiə nazirləri Hulusi Akar və Zakir Həsənov bir-birlərini qucaqlaşaraq təbrik edib.

H.Akar bildirib: “Əldə olunan nəticə bizi xoşbəxt etdi, bu bir oyanışdır, Azərbaycan ordusu gücünü bütün dünyaya göstərdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etdiniz”.

Tədbirdə H.Akarı Türkiyənin Quru qoşunları komandanı Ümit Dündar, Hərbi Hava Qüvvələr komandan Həsən Küçükakyüz müşayiət edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülhün təmin olunmasında ən vacib hadisədir - Piter Teys

Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam çıxarılması sülh və sabitliyin təmin olunması üzrə Avropa tarixində İkinci Dünya müharibəsindən sonra ən vacib hadisədir. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib. O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat Azərbaycan xalqının tarixində vacib səhifədir: “Bu, həm də […]