Azərbaycan nefti cüzi bahalaşıb

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,43 % artaraq 72,67 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,96 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,25 ABŞ dolları və ya 0,35 % artaraq 71,36 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Bu ilin altı ayında icbari tibbi sığorta təminatı ilə 80 orqan transplantasiyası əməliyyatı icra olunub

2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir. Qeyd edilib ki, sözügedən dövr ərzində icbari […]