Mikayıl Cabbarov: “Azərbaycanda innovasiya siyasəti daha aydın təqdim edilməlidir”

Oxunma vaxtı:24 Saniyə

Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Baku ID” (Baku İnvestment Day) festivalında deyib.

O bildirib ki, bunun üçün uğurlu başlanğıclar edilməlidir: “Sessiyadan əvvəl aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz ekosistemi təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik. Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə salırıq. Bunun üçün müvafiq yerlər ayırdıq. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir”.

Loading

Next Post

Sabah bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah bəzi rayonlara qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim […]