Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,82 ABŞ dolları, yaxud 2,38 % azalaraq 74,7 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 73,01 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

UEFA Çempionlar Liqası: V tura bu gün start veriləcək

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura bu gün start veriləcək. Turun ilk oyun günündə 11 qarşılaşma baş tutacaq. Maraqlı matçlardan biri Almaniyada keçiriləcək. “Bavariya” doğma meydanda Fransanın PSJ klubunu qəbul edəcək. İngiltərə təmsilçisi “Mançester Siti” isə evdə “Feyenoord”la (Niderland) üz-üzə gələcək. “Barselona” da doğma azarkeşləri önünə çıxacaq. Kataloniya klubu […]