Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir

Oxunma vaxtı:26 Saniyə

Azərbaycanda bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilir.

Bununla bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliklə bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq müəyyən ediləcək. İndiyə qədər bu qiyməti yerli özünü idarəetmə orqanları müstəqil şəkildə müəyyən edirdi.

Loading

Next Post

Xankəndidə Zəfər parkının təməli qoyuldu - Yenilənib - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına parkda görüləcək işlər barədə ətraflı məlumat verib. Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü […]