Bu ilin altı ayında icbari tibbi sığorta təminatı ilə 80 orqan transplantasiyası əməliyyatı icra olunub

DogruSozTv Az
Oxunma vaxtı:33 Saniyə

2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir.

Qeyd edilib ki, sözügedən dövr ərzində icbari tibbi sığorta çərçivəsində icbari tibbi sığorta ilə 44 milyondan çox tibbi xidmət göstərilib.

Cari ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib.

Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.

Loading

Next Post

Vəkillər Kollegiyası yeni hakim təyin olunan vəkilləri təltif edib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif edilib. Tədbirdə çıxışı edən Kollegiyanın sədri Anar Bağırov Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan da bəhs edib. O, bu sahədə […]