Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər dəyişib

Oxunma vaxtı:33 Saniyə

Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblərdə dəyişiklik edilib.

“Report”un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib.

Dərman vasitəsi öz təyinatına, dövlət qeydiyyat sənədlərinin və ya klinik sınaqların protokollarına uyğun, keyfiyyətli, effektiv və təhlükəsiz istehsal edilməlidir.

Tələblərin yerinə yetirilməsi üçün şəraitin yaradılması və nəzarətin həyata keçirilməsi istehsalçının vəzifəsidir.

Bu tələblərə həmin müəssisədə çalışan işçilər, o cümlədən təchizatçılar və distributorlar tərəfindən əməl edilməlidir.

Məqsədə çatmaq üçün müəssisədə və keyfiyyətə dair risklərin idarə olunmasını əhatə edən, hərtərəfli işlənib hazırlanmış və düzgün tətbiq olunan Əczaçılıq Keyfiyyət Sistemi (ƏKS) olmalı və bütün komponentlər ixtisaslı işçi heyəti, uyğun sahələr və lazımi sayda avadanlıqla təmin olunmalıdır.

Loading

Next Post

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən cari və perspektiv layihələrlə tanış olublar.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.