Zaxarova: Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır

Oxunma vaxtı:48 Saniyə

Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun vəzifələri bizə yaxşı məlumdur: vəziyyətin sabitliyinin pozulması və bundan Cənubi Qafqaz xalqlarına qarşı istifadə edilməsi”, – o bildirib.

M.Zaxarova qeyd edib ki, Aİ-nin müşahidə missiyasından hərbi-siyasi vəziyyətin sabitliyinin pozulması və Cənubi Qafqaz regionunun geosiyasi rəqabət meydanına çevrilməsindən başqa heç nə gözləmək olmaz: “Aİ missiyası Cənubi Qafqaz üçün yad bir cisimdir. Region qarşısında duran bütün aktual məsələlər kənardan müdaxilə olmadan kollektiv səylərlə həll edilməlidir”.

Diplomat vurğulayıb ki, Aİ missiyasının yerləşdirilməsi barədə qərar Azərbaycanla razılaşdırılmadan qəbul edilib: “Niyə kənar müşahidəçi olmayan və sabitlikdə yaxından maraqlı olan regional oyunçunun fikri nəzərə alınmır?”.

XİN nümayəndəsi əlavə edib ki, Aİ müşahidə missiyası adı altında regionda casusluq fəaliyyəti aparır.

Loading

Next Post

Ceyhun Bayramov: "Yaşıl enerji" dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var

Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib. XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük […]