Şolts və Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər

Oxunma vaxtı:16 Saniyə

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə ediblər.

Bu barədə Ermənistanın Baş naziri məlumat paylaşıb.

O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa İttifaqı ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib.

“Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq”, – Paşinyan əlavə edib.

Loading

Next Post

“Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır

Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.Bu barədə aviaşirkət məlumat yayıb. “Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq”, – deyə məlumatda qeyd olunub.