Ceyhun Bayramov: “Yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var

Oxunma vaxtı:35 Saniyə

Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var.

Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

XİN başçısı vurğulayıb ki, daha geniş coğrafiyanın geoiqtisadi və enerji coğrafiyasının dəyişməsində Azərbaycan və Gürcüstan böyük rol oynayıb:

“Bakı-Tbilisi-Qarsın yükdaşıma qabiliyyətinin 1 milyondan 5 milyon tona artırılması onun rəqabət qabiliyyətinin artırılmasında böyük əhəmiyyət daşıyır. Həmçinin hazırda icra səviyyəsində olan bir sıra layihələr də var. Onlar sırasında 2022-ci ildə icrasına başlanan və potensial qlobal layihə olan yeni yaşıl enerji dəhlizinin formalaşması böyük rol oynayır. Onun ilkin icraçıları sırasında Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya yer alır. Ancaq qoşulmaq istəyən başqa ölkələr də var”.

Loading

Next Post

XİN başçısı: Azərbaycan və Gürcüstan nail olduqları uğurlardan arxayınlaşa bilməz

Azərbaycan və Gürcüstan nail olduğu uğurlardan arxayınlaşa bilməz. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib. “Azərbaycan-Gürcüstan əməkdaşlığı artıq özünü sübut edib. İki ölkənin iştirakı ilə qlobal layihələrə imza atılıb. Bu gün də, gələcəkdə də biz onların faydasını […]