XİN başçısı: Azərbaycan və Gürcüstan nail olduqları uğurlardan arxayınlaşa bilməz

Oxunma vaxtı:22 Saniyə

Azərbaycan və Gürcüstan nail olduğu uğurlardan arxayınlaşa bilməz.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Azərbaycan-Gürcüstan əməkdaşlığı artıq özünü sübut edib. İki ölkənin iştirakı ilə qlobal layihələrə imza atılıb. Bu gün də, gələcəkdə də biz onların faydasını görəcəyik. Ancaq biz əməkdaşlıq üçün yeni istiqamətlər də axtarışındayıq”, – nazir vurğulayıb.

C.Bayramov əlavə edib ki, rəqabətədavamlı layihələrə imza atmaq vacibdir.

Loading

Next Post

Azərbaycanla Ermənistan sərhədin Gürcüstandan başlayaraq İranadək delimitasiyası barədə razılığa gəlib

Azərbaycan və Ermənistan arasında yanvarın 16-da sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib. […]