Nazir: Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması sülhün təmininə imkan yaradacaq

Oxunma vaxtı:18 Saniyə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Konstitusiyasında təsbit olunan ərazi iddialarının çıxarılmasını birdəfəlik sülhün təmin olunmasına imkan yaradacağını bəyan edib.

Nazir bunu ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

“Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına və birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq”, – C.Bayramov deyib.

Loading

Next Post

Ermənistanda daha bir arxiyepiskop tutulub

Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Arşak Xaçatryanı saxlayıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Din xadiminin hansı işlə bağlı saxlanıldığı hələ dəqiqləşməyib. Qeyd edək ki, Eçmiədzinin kargüzarlıq idarəsinin rəhbəri Xaçaturyan bazar ertəsi keçirdiyi mətbuat konfransında MTX-nin nümayəndələri ilə bir neçə dəfə qeyri-rəsmi görüş keçirdiyini bildirib.