Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Oxunma vaxtı:26 Saniyə

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:30-dan saat 13:00-dək Biləcəri qəsəbəsi Cantəpə yaşayış massivi və ətrafında yerləşən ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Bakı metrosuna 20 vaqon VERİLƏCƏK

“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. Nazir müavini […]