Enrike Oçoa: Dünya sürətlə iqlim fəlakətinə irəliləyir

Oxunma vaxtı:23 Saniyə

Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir.

Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

“Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri çəkilmək üçün yer yoxdur”, – o qeyd edib.

E.Oçoa vurğulayıb ki, Meksika bu gün iqlim böhranı ilə mübarizə üçün çoxtərəfli səylərə birmənalı dəstəyini bir daha təsdiqləyir.

Loading

Next Post

Maliyyə naziri: "Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur"

Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə […]