Ötən həftə 889 ha ərazi minalardan təmizlənib

Oxunma vaxtı:31 Saniyə

Azad olunan ərazilərdə iyunun 2-dən 9-na qədər 16 tank əleyhinə mina, 52 piyada əleyhinə mina, 129 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 889,2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Loading

Next Post

Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsinə başlayıb. İctimai müzakirənin keçirilməsində əsas məqsəd texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakının təmin edilməsi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət […]