Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Oxunma vaxtı:26 Saniyə

Rusiya qoşunları iyunun 27-nə keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma məntəqələrinə (YDM) zərbələr endirib.

“Report” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Zaporojyedə zərbə nəticəsində qaz çəni və YDM-nin inzibati binası yanıb.

Xarkov vilayətində Xarkov rayonunun Solonitsevka icmasındakı iki YDM atəşə tutulub. Həmin məntəqələrin birində bina dağılıb, təxminən 400 kv. metr sahədə yanğın baş verib və 10 ədəd texnika zərər görüb.

Digər məntəqədə hücum nəticəsində YDM-nin operator binası zədələnib.

Loading

Next Post

Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb

İran ötən gecə hücumlarda Bəhreyni hədəfə alıb. Bu barədə Bəhreyn Xarici İşlər Nazir məlumat yayıb. Nazirlik İranın hücumların ölkənin suverenliyinin pozulması adlandırıb və mülki şəxslərin həyatını riskə atdığını bildirib. “Bəhreyn öz suverenliyini qorumaq üçün tam hüququnu qoruyub saxlayır”,- Bəhreyn XİN vurğulayıb. Qeyd edək ki, ötən gecə ABŞ-ın İranın sahilyanı radar […]