Tramp Papa kimi geyinmiş şəklini paylaşdı

Oxunma vaxtı:32 Saniyə

ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Papa kimi geyinmiş şəklini yerləşdirib. Xatırladaq ki, bu yaxınlarda ABŞ-ın respublikaçı senatoru Lindsey Graham Trampın növbəti Papa ola biləcəyini bildirib.

Tramp Ağ Ev qarşısında jurnalistlərə Katolik Kilsəsinin növbəti rəhbəri olmaq istədiyini söyləyib və “bu mənim bir nömrəli seçimim olardı” deyib.

Daha sonra siyasətçi zarafat etdiyini açıqlayıb. “Növbəti pontifik kimi kimi görürsünüz” sualına Tramp heç bir namizədə üstünlük vermədiyini, lakin Nyu York arxiyepiskopu Timoti Dolanın adını çəkərək “onun çox yaxşı” olduğunu deyib.

Amma sözügedən din xadimi Nyu Cersi arxiyepiskopu kardinal Cozef Tobindən fərqli olaraq papa taxtına namizədlər siyahısında deyil. İndiyədək pontifiklər arasında bir dənə də olsun ABŞ vətəndaşı olmayıb.

Loading

Next Post

Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

“Euronews” telekanalı Azərbaycanın Qarabağ bölgəsinin ərazisində – Şuşa və Xocalıda aşkar edilmiş kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb.Kanalın materialında deyilir ki, tapılan qalıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlara aid olduğu ehtimal edilir. Bundan əlavə, ekspertlər mümkün işgəncə əlamətlərini aşkar ediblər.