Putinin nümayəndəsi Uitkoffun Moskvaya səfərini dünya üçün vacib gün adlandırıb

Oxunma vaxtı:20 Saniyə

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kiril Dmitriyev bu günü dünya üçün vacib adlandırıb.

Dmitriyev bunu bu gün Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçiriləcək görüşdən danışarkən bildirib.

Onun sözlərinə görə, Prezident Trampın Qəzza sülh müqaviləsini hazırlayan komandası Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada olacaq.

Qeyd edək ki, Kreml Putin-Uitkoff görüşünün dekabrın 2-də günün ikinci yarısında keçiriləcəyini açıqlayıb.

Loading

Next Post

Deputat: Media subyektlərinə 5 illik vergi güzəşti tətbiq olunsun

Əgər media resurslarının bir hissəsinə vergi güzəştləri təqbiq olunursa, TV və radiolara münasibətdə də eyni yanaşmanın sərgilənməsinin nəzərdən keçirilməsi də doğru olardı. Bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu sıraya, uyğun bilindiyi halda texniki avadanlıqların alınması üçün rüsum […]