Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb

Oxunma vaxtı:22 Saniyə

ABŞ, Rusiya və Ukrayna rəsmiləri danışıqlar aparmaq üçün Almaniyada bir araya gələcək, gələn həftə isə Səudiyyə Ərəbistanında görüşəcəklər.

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Sabah Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək rütbəli rəsmilərlə görüş olacaq. Müzakirələrə Ukrayna təmsilçilərindən başqa, Rusiya və ABŞ-dən olan nümayəndələr də qatılacaq”, – Tramp deyib.

O, bu təmasların hansı formatda keçirilməsinin planlaşdırıldığını açıqlamayıb.

Tramp qeyd edib ki, nə o, nə də Rusiya Prezidenti Vladimir Putin bu görüşlərdə iştirak etməyəcək.

Loading

Next Post

Günün qoroskopu: Təkliflərə diqqət yetirin

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Sevgi və romantikanın günü olan 14 fevral yalnız ürəkləri deyil, göy qübbəsini də xüsusi enerjilərlə doldurur. Bu gün təkcə sevgililər üçün deyil, hər birimizin həyatında sevgi ilə bağlı münasibətlərə, özümüzə qarşı hisslərə, dostluq və […]