Kılıçdaroğlu Fatihə surəsini oxuya bilmədi – VİDEO

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ramazan Bayramında Türkiyədə zəlzələdən ən çox zərər görən Adıyaman vilayətinə gedib.

Prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu Adıyaman Bələdiyyəsi qəbiristanlığını da ziyarət edib.

Ziyarət zamanı zəlzələdə həyatını itirənlərə dua edərkən bir vətəndaşın reaksiyası diqqət çəkib. Belə ki, vətəndaş Kılıçdaroğluna “Bu Fatihənin necə oxuduğunu bilmir, niyə Fatihə oxuyursan?”,- deyə qışqırıb.

Kılıçdaroğluna səslənən vətəndaş ətrafdakılar tərəfindən uzaqlaşdırılıb.

Loading

Next Post

Müsəlmanları bir araya gətirən bayram - FOTOLAR

Azərbaycanla yanaşı, Ramazan bayramı dünyanın bir çox ölkəsində qeyd olunur.Dünyada bayramı səbəbiylə səhər saatlarında bölgədəki bütün məscidlərdə bayram namazı qılınıb. Qazaxıstan, Özbəkistan, Suriya, Misir, İraq, İordaniya, Rusiya, İsrail və s. dövlətlərdə bayram münasibətilə bir araya gələn müsəlmanların fotolarını təqdim edirik: