Hindistan ABŞ ilə neft-qaz ticarətini artıracaq

Oxunma vaxtı:24 Saniyə

Hindistan ABŞ ilə neft-qaz ticarətini artıracaq.

Bunu Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra deyib.

Modi bildirib ki, Hindistan enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə neft-qaz ticarətini inkişaf etdirəcək.

Onun sözlərinə görə, enerji infrastrukturuna investisiyalar artacaq.

Modi qeyd edib ki, Trampla danışıqlar zamanı nüvə enerjisi sahəsində əməkdaşlığın dərinləşdirilməsi, xüsusilə kiçik nüvə reaktorlarının yaradılması da müzakirə olunub.

Bundan əlavə, Hindistanın Baş naziri iki ölkənin onlara qarşılıqlı fayda gətirəcək ticarət sazişinin bağlanması istiqamətində çalışacaqlarını vurğulayıb.

Loading

Next Post

“Azeri Light” bu gün də ucuzlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 ABŞ dolları və ya 1% azalaraq 76.85 ABŞ dollarına çatıb. Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 77,64 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il […]