Bağçalı Azərbaycandan danışdı: “Bəziləri narahatdır!”

DogruSozTv Az
Oxunma vaxtı:26 Saniyə

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə o, partiyasının iclasında danışıb.

O, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb və sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını vurğulayıb.

Bağçalı əlavə edib ki, Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir:

“Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər”.

Loading

Next Post

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər ölüb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. Çox mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan […]