Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar başlayıb – YENİLƏNİB

Oxunma vaxtı:29 Saniyə

Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, danışıqlar qapalı rejimdə keçiriləcək və iki gün davam edəcək.

Rusiya nümayəndə heyətinə, keçən dəfə olduğu kimi, QRU rəisi İqor Kostyukov rəhbərlik edir.

***

Ukrayna nümayəndə heyəti artıq Əbu-Dabidədir.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

Məlumata görə, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar tezliklə başlamalıdır.

Xatırladaq ki, Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.

Loading

Next Post

Azərbaycanda aliment ödəməyən qadınların sayı AÇIQLANDI

2025-ci ildə yerli icra qurumlarının icraatında 142 minədək aliment işi olub. Ötən il 47 minədək iş üzrə müəyyən gecikmələrlə aliment ödənilib: “6300-dək iş üzrə aliment ödənilməyib. 4299 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 2344 şəxs inzibati qaydada həbs edilib, digərləri barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.  […]