Corcia Meloni: İtaliyada “No TAV” hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

DogruSozTv Az
Oxunma vaxtı:52 Saniyə

İtaliyanın Val-di-Suza vadisində Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisinə etiraz edən “No TAV” hərəkatının üzvləri ilə polis arasında tikinti meydançasında baş verən toqquşmalar nəticəsində hüquq-mühafizə orqanlarının 120 əməkdaşı xəsarət alıb.

“Report”un İtaliya mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Matteo Piantedosi ilə birlikdə tikinti meydançasına gələn baş nazir Corcia Meloni bildirib.

“Ötən şənbə günü Turin-Lion yüksəksürətli dəmir yolu xəttinin tikintisi ilə əlaqədar baş verən toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının 120 əməkdaşı yaralanıb. Burada gördükləriniz müharibə səhnələri deyil, sözdə etiraz səhnələridir. Lakin bu, fikir ayrılığının ifadəsi deyil, bu, mütəşəkkil, qəsdən törədilmiş zorakılıqdır və ona məhz bu cür yanaşmaq lazımdır”, – Meloni bildirib.

O əmin edib ki, hökumət günahkarların müəyyən edilməsi üçün əlindən gələni edəcək.

Kyomonte meri Roberto Qarbati isə TAV layihəsinin gələcəyini və 98 milyon avro təzminatın ödənilməsini müzakirə etmək üçün baş nazirlə əlaqə saxlayacağını bildirib.

Sözügedən magistralın tikintisinə qarşı etirazlar demək olar ki, 30 ildir davam edir. “No TAV” hərəkatı layihənin Suzanın ətraf mühitinə zərərli təsirindən, eləcə də böyük və əsassız xərclərdən narahatlığını bildirir.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Qarşılıqlılıq prinsipi nəzərə alınaraq İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İranda AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edilməsi ilə bağlı bəyanatında qeyd olunub. Sənəddə bildirilib ki, adıçəkilən media qurumları Azərbaycanın milli maraqlarına zidd fəaliyyət […]