Sabah Azərbaycanda 33 dərəcə isti olacaq

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda iyunun 8-də 33 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəçək. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Loading

Next Post

KİV: ABŞ-nin Yaponiyadakı aviabazasında partlayış olub, xəsarət alanlar var

Bazar ertəsi ABŞ-nin Yaponiyanın cənubundakı Okinava prefekturasında yerləşən “Kadena” aviabazasında partlayış baş verib. İnsident Yaponiyanın özünümüdafiə qüvvələrinin idarə etdiyi obyektdə qeydə alınıb. Yerli hakimiyyət orqanları hadisənin partlamamış hərbi sursatların müvəqqəti saxlandığı yerdə baş verə biləcəyini istisna etmir. NHK mümkün zərərçəkənlər barədə məlumat verib, lakin onların dəqiq sayı və xəsarətlərinin ciddiliyi […]