“Azərikard” kart hesablarındakı problemlə bağlı açıqlama yayıb

Oxunma vaxtı:19 Saniyə

Azərikard Prosessinq Mərkəzi iyunun 24-də xidmət göstərdiyi bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problemlə bağlı açıqlama verib.

Mərkəzin məlumatına görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azərikard”dan asılı olmayan texniki səbəbdən yaranmış təkrarlanmalarla əlaqədar baş verib.

Bildirilib ki, təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur.

“Məsələ yaxın zamanlarda tam həllini tapacaq”, – açıqlamada qeyd olunub.

Loading

Next Post

Əli Əsədov Numan Kurtulmuşla görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.Görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.Azərbaycan ilə Türkiyə arasında […]