Sabahın hava proqnozu açıqlanıb

DogruSozTv Az
Oxunma vaxtı:38 Saniyə

Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Loading

Next Post

Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb

Belarus Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb. Bu barədə Belarus Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı – Belarus Respublikası Prezidentinin göstərişi üzrə sınaq məqsədi ilə Silahlı Qüvvələrin ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bir sıra bölmələr tərəfindən […]