Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Oxunma vaxtı:36 Saniyə

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib.

Paylaşımda deyilir:

“18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun”.

Qeyd edək ki, martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından biri olan Çanaqqala döyüşlərinin anım günüdür. Bu gün tarixin ağrılı olduğu qədər də şərəfli günlərindən sayılan Çanaqqala Dəniz Zəfərindən 111 il keçir. Hər il bu gün Türkiyədə Çanaqqala Dəniz Zəfəri və 18 Mart – Şəhidləri Anma Günü kimi yad edilir. Bu döyüşlərdə Osmanlı Ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə sübut edib.

Loading

Next Post

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

Azərbaycan telekanllarında fevral ayında aparıcıların istifadə etdiyi xarici sözlərin sayı 864-ə düşüb. Bu barədə Audiovizual Şura məlumat yayıb. Qeyd edilib ki, 15 televiziya kanalının aparıcıları tərəfindən ötən ilin dekabr ayında xarici sözlərdən 1366, bu ilin yanvar ayında 1460 istifadə halı müəyyən olunub. Bildirilib ki, cari ilin yanvar ayında televiziya yayımçılarının […]