Türkiyənin İsveç və Finlandiya ilə danışıqları bərpa edəcəyi TARİX

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

“İsveç və Finlandiya ilə Türkiyə arasında NATO-ya üzvlük barədə danışıqların bərpası mart ayında gerçəkləşəcək”.

Bunu STV-yə müsahibəsində İsveçin baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, tərəflər bunu təsdiqləyib. Mart ayı barədə konkret danışsa da, dəqiq tarixi açıqlamayan Kristersson bildirib ki, tarix barədə də informasiyası var və bu sirr deyil: “Lakin biz bunun da təsdiqlənməsini gözləyirik”.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da tezliklə danışıqlara yenidən start veriləcəyi barədə anons xarakterli açıqlama vermişdi.

Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.

Loading

Next Post

Bakıda 16 yaşlı oğlan, 17 yaşlı qız itkin düşdü

Bakıda iki yeniyetmə itkin düşüb. Səbail rayon sakini, 2007-ci il təvəllüdlü Əsgərov Elvin Sahib oğlu fevralın 20-də yaşadığı evdən çıxıb geri qayıtmayıb. Bundan başqa, Suraxanı rayon ərazisində yaşayan, 2006-cı il təvəllüdlü Fərəcova Sevda Rövşən qızı isə fevralın 21-də yaşadığı evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb. Hər iki faktla bağlı […]