Mingəçevir və Ağcabədidə qaz olmayacaq

DogruSozTv Az
Oxunma vaxtı:37 Saniyə

Mingəçevir və Ağcabədi şəhərlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Bildirilib ki, Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək “Mingəçevir 1 xətt” ölçü qovşağının üzərində quraşdırılmış kollektordan qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Həmçinin, Ağcabədi şəhəri N.Nərimanov küçəsində qeyri-yaşayış sahəsinin qarşısından keçən d-89 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə oktyabrın 23-də həmin ərazinin (N.Nərimanov, Ş.Qurbanov, E.Sadiqov, M.Hüseynzadə, Ə.Süleymanov, S.Vurğun, İ.Məlikzadə, Babək, Z.Adıgözəlov küçələri – 1920 abonent) qaz təchizatının daxildən dayandırilacaq.

Loading

Next Post

"Qarabağ" Çempionlar Liqasında çətin oyuna çıxır

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək. Azərbaycan təmsilçisi “Qarabağ komandası İspaniya səfərində “Atletik – Bilbao” ilə üz-üzə gələcək. “San Mames” stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. “Qarabağ” bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, “Atletik” isə hələ ki, xal […]