Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib

Oxunma vaxtı:25 Saniyə

Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Məsud Pezeşkian ölkəmizə səfərlərini və dövlətimizin başçısı ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb.

Telefon söhbəti zamanı 2026-ci ildə təmaslar və Azərbaycan-İran dostluq əlaqələrinin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil […]