Qazaxıstanlı nazir: Yaxın günlərdə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq

Oxunma vaxtı:24 Saniyə

Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.

Bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələyə çatıb.

“Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də danışmışdıq ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Gözləyirik ki, yaxın günlərdə ilkin hesabat rəsmi olaraq saytımızda dərc ediləcək.

Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir”, – o qeyd edib.

Loading

Next Post

Fransalı siyasətçi: Makron ölkədə dövlət çevrilişinə hazırlaşır

Fransa Prezidenti Emmanuel Makron ölkədə dövlət çevrilişinə hazırlaşır. Bu fikri Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo sosial şəbəkələrdə bildirib. O hesab edir ki, Riçard Ferranın Konstitusiya Şurasının sədri vəzifəsinə təyin edilməsi təsadüfi deyil. Belə ki, Makron onun vasitəsilə üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanı əldə etmək üçün qanunla qoyulan […]