İlin son gününün havası açıqlanıb

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda dekabrın 31-də hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq.

Azərbaycanın rayonlarında havanın ayrı- ayrı yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Loading

Next Post

DİM sədri: Bayramdan sonra imtahan qrafikinin açıqlanması nəzərdə tutulur

Bayram günlərindən sonra imtahan qrafikinin paylaşılması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bayramla əlaqədar təbriki müraciətində məlumat verib. O həmçinin deyib ki, imtahanlarda iştirakçı sayı bu il 610 min nəfərdən, DİM-in elektron xidmətlərindən istifadə sayı isə 12 milyon dəfədən çox olub.