Azərbaycanda ərzaq ucuzlaşacaq? – Oktyabra qədər  PROQNOZ  açıqlandı

Oxunma vaxtı:35 Saniyə

“Son 1 ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətlərinin İndeksində ərzaq qiymətlərində 10 faiz ucuzlaşma müşahidə edilib. Lakin bunun Azərbaycana az təsiri olur”.

Bu fikirləri Bizim.Media-ya ərzaq qiymətlərinin perspektivi ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib

O qeyd edib ki, ucuzlaşmanın yeganə təsiri o oldu ki, inflyasiya azaldı:

“Əvvəllər ikirəqəmli infyasiya idi. İndi isə rəsmi rəqəmlərə görə son aylarda inflyasiya mövcud deyil. Ucuzlaşma mövsümi xarakter daşıyır. Yaz və yayda yeni kənd təsərrüfatı məhsulların bazara çıxması qiyməti müəyyən qədər ucuzlaşdırır, sabitləşdirir.

Amma bu, o demək deyil ki, uzunmüddətli proses olur. Azərbaycanda təxminən oktyabr ayına qədər qiymətlərdə müəyyən sabitlik yaransa da, sonradan qiymət artımının tempi yüksəlməyə başlayır”.

Bizim.Media

Loading

Next Post

Daha bir boksçumuz 1/4 FİNALDA

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın yeddinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Şamil Əsgərov çıxıb. 57 kq-da mübarizə aparan boksçu 1/8 final çərçivəsində Kaleb Tiradonu (Puerto-Riko) sınağa çəkib. Görüş Əsgərovun qələbəsi ilə yekunlaşıb – 3:2 (30:27, 29:28, 30:27, 28:29, 27:30). Boksçumuz […]