Balakəndə ağır qəza – 3 nəfər faciəvi şəkildə öldü

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Balakəndə avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb.

Hadisə bu gün səhər saatlarında Katex kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai”, “Kia” və “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər ölüb, xəsarət alanlar var.

İlkin məlumata görə, hadisə zamanı “Hyundai” markalı avtomobilin sürücüsü, Balakən rayon sakini Hoorsova Məryəm Kamil qızı, “Toyota” markalı avtomobilin sərnişini Mütəllibov Rəşad Yaşar oğlu hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Loading

Next Post

İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.Bu barədə Azərbaycan Prezidentinin rəsmi “X” hesabında paylaşım edilib. “Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə […]