Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var

Oxunma vaxtı:23 Saniyə

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Belə ki, “KİA” markalı avtomobillə 9 nömrəli şəhərdaxili marşrutxətti üzrə hərəkət edən avtobus toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakinləri – 1987-ci il təvəllüdlü Abdullayeva Təhminə Qəhraman qızı, 1987-ci il təvəllüdlü Qafarova Lamiyə Rüfət qızı və 1981-ci il təvəllüdlü Vəliyeva Vəfa Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının təcili şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Apa

Loading

Next Post

Keşləyə su gəlməyəcək - SƏBƏB

Bu gün Bakının Keşlə qəsəbəsində su kəsiləcək. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində bu gün gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.