DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər

Oxunma vaxtı:34 Saniyə

Polis əməkdaşları tərəfindən ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik vətəndaşlara qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verməyin bir daha vacibliyini xatırladır.

Qanunsuz saxlanılan silah və sursatlar bədbəxt hadisələrə, ağır cinayətlərə və insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Vətəndaşlardan belə hallarla qarşılaşdıqda dərhal polisə məlumat vermələri və ictimai təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələri xahiş olunur.

Qanunvericiliyə əsasən, qanunsuz saxlanılan odlu silah və sursatları könüllü qaydada polis orqanlarına təhvil verən şəxslər müvafiq məsuliyyətdən azad olunurlar.

Loading

Next Post

Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bitib, 71 890 nəfər qeydiyyatdan keçib. Onlardan 63 927-i nəfəri Azərbaycan bölməsi, 7963 nəfəri isə ingilis bölməsi üçün müraciət edib. I ixtisas qrup üzrə qeydiyyatdandan keçənlərin 22 296 nəfəri Azərbaycan bölməsi, […]