Azərbaycanlı vəkilə 5 il həbs cəzası verildi

Oxunma vaxtı:30 Saniyə

Güney azərbaycanlı vəkil və hüquq müdafiəçisi Məhəmmədrza Fəqihi həbs cəzasına məhkum edilib.

Bu barədə onun vəkili Zəhra Minuyi məlumat yayıb.

Onyn sözlərinə görə, Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi Fəqihini 5 il azadlıqdan məhrum edib.

“Ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq”da ittiham olunan azərbaycanlı vəkil barədə əlavə cəza da verilib. Belə ki, Məhəmmədrza Fəqihi həbs cəzasını çəkdikdən sonra 2 il müddətinə vəkillik fəaliyyəti göstərə, ölkədən çıxa, siyasi təşkilat və qruplara üzv ola bilməz.

Qeyd edək ki, Tehranda yaşayan ərdəbilli Məhəmmədrza Fəqihi bundan öncə bir sıra milli fəalın, o cümlədən Abbas Lisaninin də müdafiəçisi kimi çıxış edib.

Loading

Next Post

Türkiyə Qarabağda məktəb açmağı planlaşdırır

Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur. Bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib. O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur. B. Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və […]